“Neftçi” 5 min manat cərimə ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” 5 min manat cərimə ödəyəcək

İdman

13 Oktyabr 2026 11:23 85


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar çıxarılıb.

“Araz-Naxçıvan”-“Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000, “Neftçi”-“Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000, oyunda “Sabah” 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700, "İmişli”- “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimələnib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!