2026-cı ilin yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyard 931,9 milyon manat gəlir əldə edilib.
"Yeni Sabah" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,7 faiz çoxdur.
Hesabat dövründə nəqliyyat sektorunda 162 milyon 739,4 min ton yük daşınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. Pepperoni pizza
Yük daşınmasında ən böyük artım dəmir yolu nəqliyyatında qeydə alınıb. Bu nəqliyyat növü ilə 12 milyon 129,1 min ton yük daşınıb ki, bu da illik müqayisədə 8,7 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi isə 103 milyon 323,3 min tona çataraq 6,9 faiz artıb.
Eyni zamanda, sərnişin daşınmasında da artım qeydə alınıb. Yanvar-avqust aylarında nəqliyyat sektorunda 1 milyard 491 milyon 124,8 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.
Sərnişin daşınmasında avtomobil nəqliyyatı 10,8 faiz, dəmir yolu 18 faiz, hava nəqliyyatı 6,2 faiz, dəniz nəqliyyatı isə 10,5 faiz artıb. Avtobuslarla daşınan sərnişinlərin sayı 11 faiz, taksidən istifadə edənlərin sayı isə 6,9 faiz yüksəlib. Metro ilə sərnişin daşınması isə 0,7 faiz azalıb.
Aytac Əliyeva
Telegram kanalımız