“Likud” partiyasının lideri, İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu ölkədə yeni nazirlər kabinetinin formalaşdığını açıqlayıb.
Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, yeni hökumətin tərkibində sağçı mühafizəkar blokun, o cümlədən “Dini sionizm” partiyasının nümayəndələri yer alacaq.
“Son seçkilərdə aldığımız böyük ictimai dəstək sayəsində mən bütün İsrail vətəndaşlarının xeyrinə işləyəcək bir hökumət qura bildim”, – deyə Netanyahu “Twitter”də yazıb. Sezar pizza
Yeni hökumətin formalaşması zamanı Benyamin Netanyahu həm qərbli tərəfdaşlarının ifrat sağçı nazirlər kabineti ilə məşğul olmaq istəməməsi, həm də sağçı mühafizəkar blok daxilindəki ziddiyyətlər səbəbindən bir sıra çətinliklərlə üzləşib.
Telegram kanalımız