“Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib” - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

“Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib” - Nazirlik

Sosial

04 Oktyabr 2021 19:33 1454


Ağdaş rayonu Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən araşdırılıb.

ƏƏSMN-dən Oxu.Az-a verilən məlumata görə, Nurlan Vətən Müharibəsində iştirak etməyib, 2020-ci ilin yanvar ayında Sumqayıda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19.02.2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar “Aşağı ətrafın uzun sümüklərinin bədxassəli yeni törəməsi” diaqnozu ilə beş il müddətinə üçüncü qrup əlillik təyinatı aparılmış və əlilliyə görə 110 manat sosial müavinət təyin edilib. 

Ailəyə dəstək məqsədi ilə atası Musayev Nurəddin Pənah oğlu özünün məşğulluq programına cəlb olunub, 03.08.2021-ci il tarixində xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunub.  Dominos pizza

ƏƏSMN-dən o da əlavə edilib ki, videomüraciətdə qeyd olunan şikayət nazirliyin fəaliyyət istiqamətlərinə aid deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!