Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat   - Video

saytların hazırlanması

Evə çatdırılma

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat - Video

Sosial

26 Noyabr 2021 11:42 835


Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Yenisabah-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. Pepperoni pizza

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!