Ölən şəxsin pensiysını ailə üzvləri ala bilər   - Qaydalar

saytların hazırlanması

Evə çatdırılma

Ölən şəxsin pensiysını ailə üzvləri ala bilər - Qaydalar

Sosial

09 Oktyabr 2021 13:45 32165


“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası sığortaolunanların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların (yəni sosial sığorta haqları ödəyənlərin) ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir”.

Bunu Yenisabah.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib:

“Sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir. Sigortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. 18 yaşınadək övladları əyani oxuyarlarsa, 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensyanı almaqda davam edirlər.” pizza hut

Onun sözlərinə görə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər:

“Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Qeyd edim ki, hazırda vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına pensiya, yəni ailə başçısını itirməyə görə pensiya alanların sayı 142 min nəfərdir. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.

Qeyd edək ki, bu ilin əvvəlindən həmin pensiyalar da indeksasiya olunaraq 11,4 faiz artırılıb.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Menim atam 2017 cilde dunyasin deyişib onun sugorta pulun nece ala bilerem
    3 years ago
  • Axmed
    Salam menim qohum bir adam olub yawli,ve onlarin aile uzvleri gej xeber tutubki oldukden sonra pul verirler dovlet terefden,ve onlar gedib arawdirib ordan deyiblerki uje gejikmisiz pul oluye verilmeyecek zehmet olmasa diyerdiz.nece gunen getmelidir bunun haqinda xaiw edirem melumat verin??
    4 years ago
  • Hicran
    Salam Mənim yoldaşım 11.11.2020-ci ildə rəhmətə gedib.Dövlət qulluqçusu kimi 710manat təqaüt alırdı . Hal hazırda onun təqaüdü çox olduğu üçün mən onu seçdim.Şikayətim pensiyanın mənə 100% yox yəni 710 manat yox 646 manat verilməsidir. Səbəbi hansı əsaslara söykəndiyini bilmək istəyirəm
    5 years ago
  • Ədalət
    Qardaşım ikinci qrup qarabaq əlili idi dünyasını dəyişdi indi onun pensiyasını anası ala bilərmi
    5 years ago
  • Ülviyyə
    Bacım uşağ yaşından xestedir xeste xanada senedleri qeydiyyatı var amma pensiyasin 18 yaşından sonra duzeltdirdik sağlamlığıni tamam itirdikdən sonra ona atam rehmətə gedib pensiyası düşür övladına ?
    5 years ago