“Ölüləri, qəbiristanlığı bələdiyyəyə vermək istəmirlər” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ölüləri, qəbiristanlığı bələdiyyəyə vermək istəmirlər” - Deputat

Sosial

05 Aprel 2022 14:05 372


“Ölkədə bələdiyyə fəaliyyəti yoxdur, heç bir səlahiyyəti olmayan qurum statusundadırlar”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 23 ildir bələdiyyələrə münasibət dəyişmir, sənədləşmə işləri başa çatmır: “Ölkədə bələdiyyə sistemi inkişaf etmir. 2 il bundan qabaq Nazirlər Kabineti qərar qəbul edib, amma dirilər bir tərəfə, ölüləri, qəbiristanlığı bələdiyyəyə vermək istəmirlər" pizza

Deputatın sözlərinə görə, bölgələrdə bələdiyyə sədrlərini tanıyan yoxdur, bunlara konkret səlahiyyət vermək lazımdır: "Yerli əhalinin ictimai nəzarətinin zəif olduğu deyilir. İş yoxdursa, əhali nəyə nəzarət edəcək?! Bələdiyyə üçün pul qazanmağa heç bir yerdən imkan vermirlər. Digər tərəfdən, peşəkar kadr çatışmazlığı var. Əlbəttə, hansı peşəkar kadr gedib aşağı səviyyədə işləyə bilər?! Bələdiyyələrin birləşdirilməsinin tərəfdarıyam. Rayonların özündə də bələdiyyələr birləşdirilməlidir. Bələdiyyəyə xəritələr də verilmir. Bələdiyyə məsələsinə ciddi yanaşmalıyıq. 23 il keçib və biz bələdiyyəni ildən-ilə öldürürük. Ona görə də vətəndaşlar bütün gün Milli Məclisin, Prezident Administrasiyasının qarşısında dərdlərinə çarə tapa bilmirlər”./APA. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!