“Omicron” dünyanın 106 ölkəsində yayılıb

saytların hazırlanması

Evə çatdırılma

“Omicron” dünyanın 106 ölkəsində yayılıb

Sosial

22 Dekabr 2021 10:13 598


Dünyanın 106 ölkəsində koronavirusun "Omikron" ştammı ilə yoluxma halları qeydə alınıb.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib.

Həmçinin, ÜST son məlumatlara istinad edərək bildirib ki, "omikron"un hətta kollektiv immuniteti yüksək olan ölkələrdə belə "delta" ştammından daha sürətli yayılır. Marqarita pizza

Təşkilat qeyd edib ki, xəstəliyin bu variantının ağır olması ilə bağlı məlumatlar hələ də "məhduddur", lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada "omikron" xəstələrinin xəstəxanaya yerləşdirilmələrinin sayının "artmaqda davam etdiyi" bildirilib.

ÜST "omikron" ilə əlaqəli riskin "çox yüksək" olaraq qaldığı qənaətinə gəlib və həmçinin səhiyyə sistemlərinin çökməsi riski barədə xəbərdarlıq edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!