Onlar koronavirusdan tamamilə xilas oldular  - ÜST açıqladı
04 İyn 2020 13:51
312

Onlar koronavirusdan tamamilə xilas oldular - ÜST açıqladı

Dünyanın daha bir bölgəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

Yenisabah.az xəbər verir ki, Avropa qitəsində yerləşən Men adasında infeksiyaya yoluxmuş 336 nəfərdən 24-ü vəfat edib, 312 xəstə isə sağalaraq evə buraxılıb. 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Men adasını koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba və Britaniya Vircin Adalarında koronaviruslu xəstə qalmayıb.

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

Oxşar xəbərlər