Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Onsuz da Bakıya getmək fikrim yox idi“  - “Kayrat“ın erməni futbolçusu
15 Okt 2021 10:17
629

“Onsuz da Bakıya getmək fikrim yox idi“ - “Kayrat“ın erməni futbolçusu

“Kayrat"ın erməni yarımmüdafiəçisi Kamo Oqanesyan Konfrans Liqasının qru mərhələsində “Qarabağ”la oyun üçün Bakıya səfər etməyəcəyindən danışıb.

Yenisabah.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Matç TV”yə açıqlamasında deyib:

“Yalnız deyə bilərəm ki, Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz. Onsuz da ora getmək istəyim yox idi. Amma getməyə və oynamağa hazır idim. “Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.

Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 21-i "Kayrat"ı qəbul edəcək. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər