Onu Zelenskinin yerinə hazırlayırlar

saytların hazırlanması

Evə çatdırılma

Onu Zelenskinin yerinə hazırlayırlar

Dünya

21 Dekabr 2022 12:46 948


“Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ordu generalı Valeri Zalujnının timsalında Ukrayna prezidenti Volodimir Zelenskini əvəzləyəcək bir şəxs hazırlayır”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.

“General Zalujnı kimi insanlar Ukraynanın gələcəyini həll edəcəklər. Münaqişə son mərhələyə çatanda o, danışıqlar masasına oturacaq”, – deyə Ritter vurğulayıb. Dördpendirli pizza

Onun sözlərinə görə, Qərb mediasında Zalujnının hərəkətlərini və bəyanatlarını gündəmə gətirmək tendensiyası var, Zelenskidən sitatlar və digər istinadlar isə azalır. 

Ritter iddia edib ki, Ukrayna prezidenti artıq əvvəlki səlahiyyətlərə malik və Vaşinqtonun qərarlarına qarşı çıxmaq iqtidarında deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!