Oqtay Əliyevin dəfn yeri və vaxtı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Oqtay Əliyevin dəfn yeri və vaxtı bəlli oldu

Sosial

22 Mart 2023 23:08 1334


Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək. Dominos pizza

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.

Belə ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!