Oruc tutanlara vacib məsləhət:   Bunu etməyin!

saytların hazırlanması

Evə çatdırılma

Oruc tutanlara vacib məsləhət: Bunu etməyin!

Sosial

24 Mart 2023 13:31 1011


Ramazan ayı boyunca oruc tutanların orqanizmi daim enerji sərf edir. İtirilən enerjini bərpa etmək, bir çox xəstəliklərdən qorunmaq üçün isə orqanizmə güc verəcək qidaların qəbulu lazımdır.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman ən çox zərər görən orqanlardan biri də qaraciyərdir. Onun funksiyasını gücləndirmək və bərpa etmək üçün iftar zamanı ənginar yeyilməlidir. 1 ədəd ənginar qaraciyəri toksinlərdən təmizləyir.

Böyrəyi təmizləmək və su ehtiyatını təmin etmək üçün isə imsak vaxtı cəfəri çayı için. pizza

Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, iftardan sonra razyana dəmləyib qəbul edin.

Orucu şirniyyat və ya quru yeməklə açmayın. Mütləq şorba için. Bu sizi bağırsaq problemlərindən qoruyacaq. 

Orqanizminizdə azalan A vitaminini zənginləşdirmək üçün vəzəri yeyin./Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!