“Otelə ərimlə gedirəm”

saytların hazırlanması

Evə çatdırılma

“Otelə ərimlə gedirəm”

Şou

14 Avqust 2026 08:26 363


Müğənni Qumral hotellərdə istirahət etməyə cəmiyyətdə birmənalı yanaşılmamasına münasibət bildirib.

Milli.Az-ın məlumatına görə, sənətçi bu fikirdə olduğunu deyib ki, otelə getmək normal istirahət seçimlərindən biridir və bunun mənfi mənada qiymətləndirilməsi düzgün deyil.

Qumral qeyd edib ki, həyat yoldaşı ilə birlikdə istirahət məqsədilə hotellərə gedir və buna görə bəzən tənqid və təhqirlərlə qarşılaşır: Sezar pizza

"İstirahət mərkəzlərində otelə getdiyim üçün qınayıb təhqir edirlər. Otelə ərimlə gedirəm. Otel əxlaqsızlıq yuvası deyil ki, eyib sayılsın. Gözəl istirahət məkanlarında səviyyəli otellər var. Ailəmlə dincəlirəm, otelə gedirəm, gedəcəyəm də".

Müğənninin fikirləri sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilərin bir qismi Qumralın mövqeyini dəstəkləsə də, bəzi istifadəçilər mövzu ilə bağlı fərqli düşüncələrini bölüşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!