Özbəklərin sayı 36 milyona çatdı: Kişilər qadınlardan çoxdur

saytların hazırlanması

Evə çatdırılma

Özbəklərin sayı 36 milyona çatdı: Kişilər qadınlardan çoxdur

Dünya

13 Yanvar 2023 17:18 1213


Yanvarın 1-də Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib. 

Yenisabah.az xəbər verir ki, Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada 2022-ci il yanvarın 1-də 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixinə 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib. Beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.

Məlumat verilib ki, ölkə əhalisinin 18 milyon 335,7 min nəfəri şəhərlərdə, 17 milyon 689,2 min nəfərinin isə kənd yerlərində yaşayır. Pepperoni pizza

Açıqlamada əhalinin 18 milyon 128 min 578 nəfərinin kişi, 17 milyon 896 min 368 nəfərinin qadın olduğu bildirilib.

Qeyd edək ki, Özbəkistan Müstəqil Dövlətlər Birliyində “əhalisi ən gənc və sürətlə artan ölkə” mövqeyindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!