Aylıq haqqının bir hissəsini dövlət ödəyən bağçalara qəbul başlayır

saytların hazırlanması

Evə çatdırılma

Aylıq haqqının bir hissəsini dövlət ödəyən bağçalara qəbul başlayır

Sosial

04 Avqust 2026 17:48 87


Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.

"Yeni Sabah" xəbər verir ki, müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər. Sezar pizza

Sənəd qəbulu avqustun 5-dən başlayaraq 20-dək https://anket.edu.az/user/364 saytı vasitəsilə həyata keçiriləcək.

Müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!