Gömrükdə tibbi mallar ələ keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə tibbi mallar ələ keçirildi

İqtisadiyyat

05 Noyabr 2026 17:03 34


Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük sərhədindən qanunsuz yolla mal keçirilməsi cəhdinin qarşısını alıblar.

“Yeni Sabah” xəbər verir ki, qanunsuzluq idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Türkiyədən ölkəmizə daxil olan yük avtomobilinə keçirilən baxış zamanı bəyan edilməmiş məhsullar ortaya çıxıb.

Nəqliyyat vasitəsinin qoşqu hissəsində mal müşayiət sənədlərində göstərilməyən, tibb sahəsində tətbiq edilən 10 adda müxtəlif növ 480 ədəd mal aşkar olunaraq götürülüb. Dominos pizza

Hazırda baş vermiş faktla bağlı araşdırmalar davam etdirilir.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!