Maliyyə Nazirliyinin 2026-cı ilin ilk 9 ayı üzrə dövlət büdcəsinin icrasına dair rəsmi məlumatına əsasən, bu dövrdə ölkənin cəmi xərcləri 25 milyard 348,2 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, həmin xərclərin ən böyük hissəsini cari xərclər əhatə edib. Cari xərclər 16 613,7 milyon manat olmaqla ümumi xərclərin 65,5 faizini təşkil edib ki, bura dövlət orqanlarının saxlanılması, sosial müavinətlər və cari əməliyyat xərcləri daxildir.
Bundan əlavə, əsaslı xərclərə (kapital qoyuluşlarına) 7 284,7 milyon manat (28,7 faiz) yönəldilib ki, bu da əsasən infrastruktur layihələrinə və dövlət investisiya proqramlarına xidmət edir. Dövlət borcuna xidmətlə bağlı xərclər isə 1 449,8 milyon manat və ya 5,7 faiz həcmində icra olunub. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız