"Özümə ünvanlanan şərhləri çoxdandır oxumuram".
Bunu Yenisabah.az-a psixoloq Azad İsazadə deyib.
O, sosial şəbəkələrdə insanların bir-birinə təhqir üvlanlaması, arqo sözlərdən istifadə etməsinə münasibət bildirib. pizza mizza
Psixoloq bu aqressivliyini qeybətlə eyniləşdirib:
“Son zamanlar internet və sosial şəbəkələrdə müşahidə edilən xoşagəlməz fəallıq gündəlik qeybətin virtual qeybətə çevrilməsinə gətirib çıxardı. İnsanların əli dinc durmur. Mən bir fərqli yanaşma söyləyirəmsə, digərləri mütləq başqa bir fikir irəli sürür. Çox vaxt sosial şəbəkə istifadəçiləri hadisələri özünə sərf edən şəkildə şərh edir və xoşuna gəlməyən məqamlara sərt, təhqiramiz reaksiya verirlər.
İndi sosial şəbəkələrdə “bloklamaq” deyə bir funksiya var. Kiminsə, kimdənsə xoşu gəlmədisə, dərhal həmin funksiydan istifadə edir.
Mənə gəlincə, özümə ünvanlanan şərhləri çoxdandır oxumuram. Çünki həyatda ideal insan yoxdur. Hamının özünə görə nöqsanı var. Amma bu o demək deyil ki, bunu açıq-aşkar cəmiyyətdə elan etməlisən”.
Həcər ƏMİRASLANLI
Telegram kanalımız