Pakistan kəşfiyyatının 2-ci siması öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Pakistan kəşfiyyatının 2-ci siması öldürüldü

Dünya

03 Yanvar 2023 22:06 1108


Pakistan kəşfiyyat agentliyinin direktor müavini Pəncab əyalətinin Multan şəhərinin Xaneval bölgəsində öldürülüb.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, o, naməlum silahlı şəxsin hücumuna məruz qalıb.

Direktor müavini ilə bərabər, başqa bir kəşfiyyat rəsmisi də qətlə yetirilib. pizza

Pakistan polisi silahlı şəxsin sui-qəsdən sonra hadisə yerində iz qoymadan uzaqlaşdığını bildirib.

Hələlik ölkədə heç bir qrup, o cümlədən "Pakistan Talibanı" sui-qəsdə görə məsuliyyəti öhdəsinə götürməyib.

Rəsmi İslamabad terror barədə rəsmi açıqlama verməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!