Pakistan XİN rəhbəri BMT-yə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan XİN rəhbəri BMT-yə müraciət etdi

Dünya

18 Dekabr 2022 22:14 874


Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari BMT-nin G77 Nazirlər Zirvəsinin yekun sessiyasında çıxış edərək təşkilata üzv dövlətlərə müraciət edib.

O, bəyan edib ki, BMT üzvləri inkişaf etməkdə olan ölkələrin ümidsiz borc probleminin həllinə onlara əlavə xüsusi borc almaq hüququ verməklə kömək etməlidirlər.

Onun sözlərinə görə, son bir neçə ildə bir çox inkişaf etməkdə olan ölkələr qlobal iqtisadi tənəzzülün qurbanına çevrilib. Bu il bir neçə ölkə, o cümlədən Pakistan iqlim dəyişikliyindən təsirlənib. Toyuqlu pizza

O əlavə edib ki, hazırki dünya sistemi inkişaf etməkdə olan ölkələrin başına gələn bəla ilə mübarizə aparmağa hazır deyil./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!