Pakistanda 2 kəşfiyyat rəsmisinin qətli - Daha bir qrupun bəyanatı

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda 2 kəşfiyyat rəsmisinin qətli - Daha bir qrupun bəyanatı

Dünya

05 Yanvar 2023 14:21 737


"Təhrik-e-Taliban Pakistan" qruplaşması Pakistanın Xanval bölgəsində 2 yüksək rütbəli kəşfiyyat məmurunun öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Yenisabah.az “Dawn News”a istinadla xəbər verir ki, bu barədə "Təhrik-e-Taliban Pakistan"ın (TTP) sözçüsü Məhəmməd Xorasani bəyanat yayıb.

O, Pəncab əyalətində terrorla mübarizə bölməsinin müavini Məhəmməd Navid Sadiq və müfəttiş Nasir Abbasın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Sezar pizza

Pakistan kəşfiyyatının məmurları yol kənarında hücuma məruz qalıblar. Qatıl hadisə yerindən qaçıb.

TTP hücuma görə məsuliyyəti üzərinə götürməzdən əvvəl “Ləşkər-e Xorasan” adlı qrup oxşar iddia ilə çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!