“Pandemiya başa çatmayıb, yoluxma yenə artacaq” - Həkim

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiya başa çatmayıb, yoluxma yenə artacaq” - Həkim

Sosial

21 İyul 2022 13:31 1317


“Koronavirusa yoluxmayla bağlı statistika şəffafdır. Düşünürəm ki, bununla bağlı heç bir şübhəli nəticə yoxdur. Bu cür artımın olduğunu tək rəqəmlərdən deyil, eyni zamanda klinikalara olan müraciətlər zamanı da görürük”.

Bunu “Yeni Sabah”a həkim-infeksionist Vasif Əliyev Operativ Qərargahın heç bir kütləvi tədbir olmadan kəskin artma ilə bağlı açıqlamalarının şübhəli olması iddialarına münasibət bildirərkən deyib. 

“Üç-dörd aydan bəri koronavirusla bağlı müraciət edən olmasa da, son günlər artıq koronaviruslu xəstələrin sayı artıb. Onlar yüksət temperaturdan şikayətçidirlər. Bu da açıqlanan rəqəmlərin nə qədər doğru olduğunu göstərir. Şübhəli məqamlar olsaydı, daha öncəki yoluxma saylarındakı rəqəmlərdə də bir dəyişiklik göstərilərdi. Bunun doğruluğunu təsdiqləyəcək əsas faktor bu rəqəmlərin yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə, o cümlədən, Avropada da artan xətt üzrə inkişaf etməsidir”. Dominos pizza

Həkim bildirib ki, virusa yoluxma arta bilər:

“Xəstəliyin yüksələn xəttlə artacağını düşünürəm. Çünki heç bir zaman yoluxmaların sayında geri dönüş olmayıb. Hər zaman pik həddə çatdıqdan sonra belə hal olur. Son günlər bu rəqəmlərin daha da yüksələcəyini düşünürəm. Koronavirusun tamamilə aradan qalxacağını isə dəqiqliklə demək olmaz. Dünyada pandemiya bitmədiyi müddətdə, Azərbaycanda da hələki pandemiyanın bitdiyini söyləmək olmaz”.  

Vasif Əliyev vətəndaşlara xəstəliklə bağlı tövsiyələrini də verib:

“Yeni ştammlarla yoluxma halları nə qədər yüksək olsa da, öldürücü qabiliyyəti və xəstəxanada yatmaq ehtiyacı əvvəlki ştammlardan daha aşağı olduğuna görə, cəmiyyətdə ciddi bir problem yaradacağını düşünmürəm. Təbii ki, buna arxayın olmaq olmaz. Qapalı məkanlarda maska məhdudiyyəti olmasa da, maska tələbi tövsiyə şəklində qalır. Ara məsafəsi gözlənilməli, gigiyena qaydalarına əməl olunmalıdır. İnsanların çox olduğu məkanlarda hər zaman ehtiyatlı davranmaq lazımdır. Yoluxma hallarının sayının azalması vətəndaşlardan da asılıdır. Xüsusilə də peyvənd önəmli qorunma vasitəsidir. Peyvənd olunmayan insanlara sxemli şəkildə peyvənd olunmalarını tövsiyə edirəm”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!