Pandemiyada bu məşhurlar evini və maşınını satdı

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyada bu məşhurlar evini və maşınını satdı

Şou

08 Fevral 2021 17:17 980


Müğənni Elton Hüseynəliyev karantin günlərində maddi sıxıntılar çəkib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində danışıb. O bildirib ki, pulsuzluqdan avtomobilini satıb:

"Bundan əvvəl işləmişik, pul qazanmışıq. Sənət adamına ağlamaq yaraşmaz. İki avtomobilim var idi, birini satdım. Bir ay əvvəl satışa çıxardım. Üzülmədim, sevindim ki, əlimə pul gəldi. Maşının satılması dadıma da çatdı. 22 min dollara satdım. pizza

Sənət dostlarım arasında Nadir Qafarzadə mənə yardım etdi. Biz ailə dostuyuq, mənə yardımı dəyib".

Elton bildirib ki, Əməkdar artist Teymur Əmrah da evini satıb:

"Bir gün qapı döyüldü, gördüm Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da cibinə doldurub. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı"./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!