“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” – Adil Qeybulla 

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır” – Adil Qeybulla 

Sosial

11 Oktyabr 2021 12:06 1410


Dünya Səhiyyə Təşkilatı (DST) pandemiyanın tezlikə bitəcəyi ilə bağlı məlumat verib. Qurumun qənaətinə görə, dünya artıq COVID-19-la mübarizənin 60 faizini tamamlayıb. Odur ki, tezliklə pandemiya bitəcək və insanlar normal həyata qayıdacaqlar. Lakin DST virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirmək çağırışı edib.

Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Yenisabah.az-a açıqlamasında deyib ki, dalğanın enməsi, vəziyyətin stabilləşməsi və xeyli insanın vaksinasiya olunması buna işarədir:

“Əvvəllər insanlar vaksinasiyaya daha çox tərəddüd edirdilər. Bu istiqamətdə daha çox probemlər var idi. İndi isə könüllü vaksinasiyaya gedənlər çoxalıb. Bu prosesin gedişində sanki bir dönüş əmələ gəlib”. Pepperoni pizza

Həkimin sözlərinə görə, atıq həm xəstələrdə, həm də vaksinasiya olunanlarda immunitet yaranıb: “Bunlar əhalini kollektiv immunitetə yaxınlaşdırır və pandemiyanın sona çatmasına daha çox imkan verir. Çünki SARS-COV-2 mutasiya uğramaq qabiliyyətinə malikdir. Vaksin olunan və ya xəstəlik keçirməklə immuniteti yaranmış insanda bu qırılmış olur. Yəni o insan ya yoluxmur, ya da kimisə yoluxdurmur. Kollektiv immunitetin bu baxımdan önəmi var.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumat əslində, Xəstəliklərə Nəzarət Profilaktika Mərkəzlərinin verdiyi proqnozlara uyğundur”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!