Fransanın Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı səsləndirdiyi fikirlər pislənilib və rədd edilib.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin sentyabrın 17-də yaydığı açıqlamada Azərbaycana səyahət xəbərdarlığının “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırılmasına qətiyyətlə etiraz edilir. Dominos pizza
Qeyd olunub ki, ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.
XİN-dən bildirilib ki, Fransa bu cür ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri də nəzərə almalıdır. Eyni zamanda, Fransanın beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya və insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı fəaliyyəti də diqqətdən kənarda qala bilməz.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkənin suverenliyinə və daxili işlərinə hörmət etməyə, ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız