“Bank Respublika” “AccessBank”ı aldı

saytların hazırlanması

Evə çatdırılma

“Bank Respublika” “AccessBank”ı aldı

İqtisadiyyat

03 Noyabr 2026 10:45 102


Azərbaycan maliyyə bazarında iri əqd yekunlaşıb. “Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını bəyan ediblər. Sazişə əsasən, “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni əldə edib, “AccessBank”ın əvvəlki səhmdarları isə “Bank Respublika”nın yeni emissiya olunmuş imtiyazlı səhmlərinə yiyələnərək bankın mülkiyyətçiləri sırasına qoşulublar.

“Yeni Sabah” xəbər verir ki, hüquqi və əməliyyat birləşməsi tam yekunlaşdıqdan sonra qurum “Bank Respublika” brendi altında ölkənin en böyük maliyyə təşkilatlarından birinə çevriləcək. Birləşmə prosesi bitənədək hər iki bank öz adı ilə fəaliyyətinə davam edəcək, müştərilərə fasiləsiz xidmət göstəriləcək və bütün öhdəliklər icra olunacaq.

Rəhbərlikdə də kadr dəyişikliyi baş tutub. Tariyel İsmayılov birləşməyə hazırlıq mərhələsində “AccessBank”ın İdarə Heyətinə rəhbərlik edəcək və sonradan birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. “Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə sədr müavini Aslan Abbasova həvalə edilib. Toyuqlu pizza

Bu addım bankın maliyyə dayanıqlığını möhkəmləndirmək, biznesin kreditləşmə imkanlarını genişləndirmək, rəqəmsal kanalları sürətləndirmək və xidmət keyfiyyətini artırmaq məqsədi daşıyır.

“Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, bu irimiqyaslı əqd Azərbaycanda əlverişli investisiya mühitinin və beynəlxalq investorların bank sektoruna etimadının göstəricisidir. İki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının inkişafında mühüm addım olacaq. O, göstərilən dəstəyə və etimada görə Mərkəzi Banka, səhmdarlara və tərəfdaşlara təşəkkürünü ifadə edib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!