Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat təqdim olunub. Parlamentin sədri Sahibə Qafarova tərəfindən səsləndirilən bəyanatda 44 günlük Vətən müharibəsində qazanılan qələbənin mahiyyətinin dörd fundamental anlayışla - ədalət, dövlətçilik, hüquq və quruculuqla ifadə olunduğu diqqətə çatdırılıb.
"Yeni Sabah" xəbər verir ki, ənədə əsasən, ədalət anlayışı torpaqlarımızın 30 illik işğalına son qoyulması və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə səciyyələnir, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri isə qanunsuz rejimin varlığına son qoyaraq tariximizə yeni şanlı səhifə yazıb. Dövlətçilik anlayışı kontekstində qələbənin Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən ardıcıl yürüdülən güclü dövlət quruculuğu siyasətinin, eləcə də xalq, ordu və dövlət birliyinin təntənəsi olduğu vurğulanıb. Beynəlxalq hüquq prinsipi baxımından BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qərarlarının icra edildiyi, ərazi bütövlüyünün bərpa olunduğu, quruculuq xətti üzrə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönərək torpaqlara yenidən həyat verdiyi bildirilib.
Bəyanatda, həmçinin bu qələbənin Cənubi Qafqazda sülh üçün tarixi imkan yaratdığı və Prezident İlham Əliyevin səylərinin regionda dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına yönəldiyi qeyd olunub. Sənədin sonunda Müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərə minnətdarlıq ifadə edilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq qazilərə cansağlığı arzulanıb. pizza sifarişi
***
Milli Məclisin bu gün keçirilən iclasında 8 Noyabr- Zəfər Günü ilə əlaqədar parlamentin bəyanatı qəbul ediləcək.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı məsələ iclasın gündəliyinə daxil edilib.
Məsələ ilə bağlı parlamentin sədri Sahibə Qafarova məlumat verib.
Nazim Hacıyev
Telegram kanalımız