Rüşvət alan vəzifəli şəxs həbs edildi -   TƏCİLİ!

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət alan vəzifəli şəxs həbs edildi - TƏCİLİ!

Kriminal

03 Noyabr 2026 11:00 127


Gəncə şəhərində vergi yoxlaması zamanı sahibkardan rüşvət almaqda şübhəli bilinən dövlət vergi müfəttişi həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında bildirilib.

Məlumata görə, Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib və cinayət işi başlanıb. Dominos pizza

İstintaq zamanı Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncədə fəaliyyət göstərən sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət aldığına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Cinayət Məcəlləsinin 311.2-ci maddəsi (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qanunsuz əməllərin tam dairəsinin müəyyənləşdirilməsi və hadisədə iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!