Paşinyan: Prioritet sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi olmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Prioritet sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi olmalıdır

Dünya

01 Oktyabr 2026 15:10 90


Ermənistan hökuməti son nəticəyə - sülh müqaviləsinin imzalanmasına və təsdiqlənməsinə qədər ictimai sülhə inam yaratmalıdır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O əmin edib ki, sülh artıq reallığa çevrilib, lakin hələ tam institusionallaşmayıb. Paşinyanın sözlərinə görə, hökumət ictimai gözləntiləri qarşılamalı və prosesi başa çatdırmalıdır: pizza

"Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi Ermənistan hökumətinin prioritetləri arasında olmalıdır".

"Ara mərhələyə çatmışıq. Biz son mərhələyə doğru irəliləməliyik", - deyə Paşinyan əlavə edib.

Baş nazir sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi zərurəti kontekstində Baş nazir TRIPP layihəsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə münasibətlərin normallaşması prosesi, Şimal-Cənub magistral yolunu və "Sülh kəsişməsi" layihəsini xüsusi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!