7 İyul - 02:46
Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi

Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi

Bölgə

27 May 2022 12:26 579


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin ilə Qarabağ nizamlanmasını müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Baş nazir son illər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin dinamik olduğunu qeyd edib və əlavə edib ki, bunda Rusiya səfirliyinin rolu böyükdür.

Paşinyan həmçinin, Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri ilə vaxtaşırı görüşlərin və ATƏT-in Minsk Qrupunun həmsədrliyinin formatının vacibliyini vurğulayıb.

Öz növbəsində, Sergey Kopırkin səfirliyin fəaliyyətini qiymətləndirdiyinə görə baş nazirə təşəkkür edib və qeyd edib ki, onların məqsədi ikitərəfli müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da inkişafına kömək etmək üçün hər şeyi etməkdir.

Tərəflər ikitərəfli münasibətlərin gündəliyinə, Qarabağ münaqişəsinin həllinə və Cənubi Qafqazdakı proseslərə toxunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!