Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı
14 İyl 2021 10:54
436

Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vəzifəsindən azad edilib.

Yenisabah.az “Armenian News” istinadla xəbər verir ki,bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Müvafiq qərarı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan imzalayıb.

Paşinyanın başqa bir qərarı ilə Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Ermənistan mətbuatında yayımlanan məlumatlara görə, Qriqoryan “məxməri inqilab”dan əvvəlki dövrdə Qərb tərəfindən maliyyələşdirilən QHT-lərlə fəal şəkildə işləyən şəxsdir və onun tezliklə Ermənistan Xarici İşlər Nazirliyinə rəhbərlik edəcəyi iddia olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər