Paşinyan: Türkiyə ilə sərhədlərin açılması müsbət təsir göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması müsbət təsir göstərəcək

Dünya

14 May 2026 16:39 141


"Türkiyənin yaxın günlərdə Ermənistanla sərhədi açacağı barədə heç bir məlumata malik deyiləm, lakin bunu etsəydi, çox sevinərdim".

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib: "Bəzi müxalifət dairələrinin sərhədin açılması ilə bağlı qorxu mühiti yaratdığını da müşahidə etmişəm. Onların dediklərindən belə görünür ki, Türkiyə və Azərbaycan sərhədi bağlamaqla bizə daha bir yaxşılıq ediblər. Ermənistan 30 ildir ki, Türkiyə və Azərbaycanın onu blokadaya alması ilə bağlı beynəlxalq səviyyədə şikayət edir. Dominos pizza

Düzünü desəm, sərhədin açılması ilə bağlı heç bir məlumatım yoxdur. Biz bunun baş verməsini istəyirik və baş versəydi, məntiqi şəkildə baş versəydi, çox yaxşı olardı. Baş verəndə mən bunu alqışlayacağam".

Baş nazir bildirib ki, sərhədin açılması Ermənistana yalnız müsbət təsir göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!