Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır və bu məqsədə çatma balanslaşdırılmış xarici siyasət prosesini tamamlayacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, "Facebook" səhifəsində paylaşdığı videoda qeyd edib ki, Türkiyə ilə münasibətlərin yoxluğunun özü xarici siyasətdəki asimmetriyaya dəlalət edir. pizza
Paşinyan əlavə edib ki, bu tarazlığı bərpa etmək üçün Ermənistan təkcə Türkiyə və Azərbaycanla deyil, bütün ölkələrlə münasibətlərini qorumalıdır:
"Bu, şıltaqlıq məsələsi deyil, Türkiyə, Azərbaycan və ümumiyyətlə bütün dövlətlərlə münasibətlərimizi qorumalıyıq".
Telegram kanalımız