Ermənistan prezidenti Armen Sarkisyan keçmiş həmkarı Robert Koçaryanla görüşüb.
Yenisabah.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasından sonra ölkədəki vəziyyət müzakirə edilib. pizza hut
Xatırladaq ki, bundan əvvəl A.Sarkisyan üçüncü prezident Serj Sarkisyanla da görüşüb. Onu da əlavə etmək yerinə düşər ki, Levon Ter-Petrosyan da daxil olmaqla Ermənistanın eks prezidentləri baş nazir Nikol Paşinyanı sərt tənqid edən bəyanatlarla çıxış ediblər. Hazırkı prezident A.Sarkisyan da Paşinyandan narazıdır.
Telegram kanalımız