Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Paşinyandan müharibə ETİRAFLARI - İtkiləri açıqladı
18 İyn 2021 10:26
753

Paşinyandan müharibə ETİRAFLARI - İtkiləri açıqladı

Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan parlament seçkilərindən öncə namizədlər arasında baş tutan teledebatda İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən ermənilərin sayını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, müharibə nəticəsində 3 705 erməninin öldüyünü, 268 hərbçinin isə itkin düşdüyünü vurğulayıb. Paşinyan eyni zamanda əsir düşən ermənilərdən də söz açıb.

“Hazırda 60 ermənin əsir olduğu barədə dəqiq məlumatımız var, həmçinin dəqiq olmasa da, daha 110 hərbçimizin də Azərbaycan tərəfindən əsir götürüldüyünü güman edirik. Əsirlikdən qaytarılanların sayı isə 89-dur. Onlardan 6-sı müharibədən əvvəl əsir götürülüb”, - deyə Baş nazir bildirib.

Ağdamın xəritəsinin əsirlər qarşılığında Azərbaycana verilməsi məsələsinə gəldikdə isə Nikol Paşinyan xəritənin çox kiçik ərazini əhatə etdiyini və bunun humanitar addım olduğunu qeyd edib.

Ermənistanın Azadlıq Partiyasının lideri, keçmiş Baş nazir Hrant Baqratyan isə  bu açıqlamalara münasibət bildirərək müharibədən yeddi ay sonra belə bir çox müharibə iştirakçısının hələ də itkinmi, ölümü, yoxsa əsirmi olduğunun tam müəyyənləşdirilməməsinə təəccübləndiyini bildirib.

Erməni Vətən Partiyasını təmsil edən Artak Galstyan öz növbəsində 1064 ailənin itkin erməni hərbçisi ailəsi kimi təzminat alması barədə məlumatın internetdə yayıldığını xatırladıb. Bundan sonra Paşinyan  məsələni izah etməyə cəhd edərək sayın 268-ə endirildiyini, digər hərbçilərinin cəsədinin tapıldığını deyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər