Paşinyanın partiyasına Ermənistanda qadağa qoyulur
01 Dek 2020 15:33
412

Paşinyanın partiyasına Ermənistanda qadağa qoyulur

Ermənistanda Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının fəaliyyətinə qadağa qoyulması təklif edilir.

Yenisabah.az eməni mediasına istinadən xəbər verir ki, bu təkliflə “Respublika” partiyası sədrinin birinci müavini Armen Aşotyan çıxış edib.

“Müharibə ilə bağlı hərtərəfli araşdırma aparıldığı müddətdə bu pariyanın icraedici və qanunverici orqanlarındakı nümayəndələri vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Çoxları görür ki, münaqişənin alovlanması və biabırçı sonluqla bitməsi barədə pərdəarxası sövdələşmələrin olmasına dair informasiyalar və təhlillər var. Hüquqi baxımdan dövlətə xəyanət olubmu, yoxsa bu, sui-qəsd kimi qiymətləndirilə biləcək gerizəkalıq və satqınlıqdı? Hakimiyyət dəyişikliyindən dərhal sonra yaradılacaq istintaq komissiyasında buna aydınlıq gətirilməlidir”, - deyə Aşotyan vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər