Paytaxt sakilərinin nəzərinə - Sabahdan...

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakilərinin nəzərinə - Sabahdan...

Sosial

09 Fevral 2024 19:48 756


Sabahdan Bakıda Zığ qəsəbəsi-“Neftçilər” metrostansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir”, - məlumatda qeyd olunub. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!