Paytaxt sakinlərinə XƏBƏRDARLIQ: Bu avtobusların hərəkəti   dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ: Bu avtobusların hərəkəti dəyişdirildi

Sosial

27 Avqust 2026 12:23 155


Bakının Badamdar qəsəbəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

"Yeni Sabah" xəbər verir ki, Cavidan İbrahimli küçəsində tətbiq olunan məhdudiyyət səbəbindən marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından 53 nömrəli avtobus hazırda “20-ci Sahə” yaşayış massivindən Abbas Mirzə Şərifzadə küçəsinə (Respublika Klinik Xəstəxanası) qədər hərəkət edir.

Vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək məqsədilə 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti isə Cavidan İbrahimli küçəsinə, “Atilla” İdman Mərkəzinə qədər təşkil olunur. Dördpendirli pizza

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!