“Azərbaycan musiqisi rəhmətə gedib” –   Prodüserdən şou-biznesə ağır ittihamlar

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan musiqisi rəhmətə gedib” – Prodüserdən şou-biznesə ağır ittihamlar

Şou

22 Noyabr 2026 12:18 131


“Azərbaycan musiqisi artıq rəhmətə gedib. Bu gün ölkəmizdə istər Xalq artisti, istər Əməkdar artist, istərsə də tanınmış müğənni olsun, onların böyük əksəriyyətinin yaradıcılığında ciddi problemlər var. Normal bəstəkar, mahnı yazan, peşəkar musiqiçi tapmaq çətinləşib. Saraylarda konsertlər təşkil olunur, amma çıxışların yarısı fonoqramla müşayiət edilir, ifaçılar isə xaric oxuyurlar. Təəssüf ki, bu sahədə savadlı, ziyalı və peşəkar insanlar meydanda görünmür. Əsas problem də budur”.

Bunu “Yeni Sabah”a prodüser Sultan Mustafayev deyib. O bildirib ki, bizim müğənnilər artıq tamaşaçı üçün adiləşiblər: 

“Bu gün şou-biznesdə öz işini bilməyən insanlar həddindən artıq çoxdur. Təəssüf ki, bu sahənin 50-60 faizini qeyri-peşəkar şəxslər idarə edir. Məncə, əsas problem budur. Nə qədər ki, bu camiədə mənim kimi savadlı, ziyalı və işini bilən peşəkarlar olmayacaq, musiqimizin vəziyyəti daha da pisləşəcək. Tamaşaçının da marağı azalacaq. Çünki insanların musiqi zövqü korlanıb, zövqlər zəhərlənib. Məişət texnikası

Bu gün bəzi müğənnilər toya 8-10 min manata gedib yarım saat oxuyurlar. Ancaq bu, onların tamaşaçı üçün əlçatmaz və maraqlı sənətkar olduqları anlamına gəlmir. Əksinə, tamaşaçı onları müxtəlif restoranlarda və məkanlarda aşağı qiymətə görə bilir. O zaman insanlar düşünürlər: niyə həmin müğənninin konsertinə 300 manat verib gedim? Onsuz da onu restoranda 50-100 manata görə bilirəm. Fərq də məhz bundadır”.

Prodüser qeyd edib ki, “TikTok” yaranandan sonra yerli müğənnilərin bir çoxu özlərini daha da ucuzlaşdırdılar:

“Gəlin, bunu etiraf edək. Mən həmişə demişəm ki, müğənni müəyyən qədər əlçatmaz olmalı, tamaşaçıda maraq yaratmalıdır. Mən prodüserəm, amma özüm də aylarla, hətta illərlə efirə çıxmıram. Bununla belə, insanlar üçün maraqlı qala bilirəm. Bizim müğənnilər isə daim "TikTok"dadırlar, hər gün müxtəlif videolar paylaşır, özlərini hər kəsə əlçatan edirlər. Nəticədə tamaşaçı onlara qarşı əvvəlki marağını itirir.

İnsan düşünür ki, niyə bu müğənninin konsertinə yüksək məbləğ ödəməliyəm? Onsuz da həmin ifaçı mənə konsertdə gözlədiyim performansı təqdim edə bilməyəcək. Bütün bunların Azərbaycan musiqisinə ciddi təsiri var.

Bir daha deyirəm, bu gün peşəkar insanlar sənətdən uzaqlaşıblar. Buna səbəb isə şou-biznesdə özünü təsdiqləmiş qeyri-peşəkarların və savadsız şəxslərin üstünlük təşkil etməsidir. Televiziya kanallarında belə, bu sahəni bilməyən insanlar veriliş aparırlar. Ziyalı və savadlı şəxslər artıq bu camiədə mədəniyyətə xidmət etməkdən uzaqlaşıblar. Çünki onların əməyinə dəyər verilmir, özlərinə hörmət göstərilmir.

Mən Üzeyir Hacıbəyovdan, Fikrət Əmirovdan danışanda bəziləri “Onlar kimdir?” deyə reaksiya verirlər. Halbuki bu şəxsiyyətlərin təbliğinə ehtiyac var. Əsas problem də budur”.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!