Media və Yayım Şurası (MYŞ) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.
"Yeni Sabah" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir. ShopByBro
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Şura arasında maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır.
Şura qəzetlərin həftədə bir nömrəsinin çapına dəstək məqsədilə aylıq 5000 (beş min) manat, qəzetlərin eyniadlı veb-saytlarına isə aylıq 3000 manat məbləğində maliyyə yardımı göstərir. Veb-saytın əsaslı yenilənməsi nəzərdə tutulduğu halda, ilk ay üçün maliyyə yardımı 5000 manat təşkil edir.
Müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.
Telegram kanalımız