Dünən Qubada bədbəxt hadisə baş verib. Hadisə rayonun Mirzəməmməd kəndi ərazisində olub.
Rayonun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAz" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən suvarma kanalına düşüb.
Hadisə ilə bağlı “Yeni Sabah”a müraciət edən Xəyal Muradovun bacanağı Nicat Gülməmmədov bildirib ki, axtarışlar üçün sözügedən kanalın suyu dayandırılması ilə bağlı müraciət etsələr də, şikayətlərinə biganə yanaşılıb: Online alış-veriş
“Bu hadisə baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyinə və Quba rayon Sukanal İdarəsinə müraciət etmişik. FHN xilasetmə qrupu göndərsə də, əməkdaşlar heç nə edə bilmir. Çünki kanalın suyu kəsilməyib.
Quba rayonunun sukanal idarəsinin rəisinin yanına getmişik. Bacanağımın qaynatası və əmisi şəhid atasıdır. Sukanal idarəsinin rəisi 2 şəhid atasının müraciət etməsinə baxmayaraq, hörmətsizlik etdi və şikayətimizə baxmadı”.
Nazim Hacıyev
Telegram kanalımız