Pensiya artımları kimlərə şamil olunacaq? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımları kimlərə şamil olunacaq? - AÇIQLAMA

Sosial

09 Fevral 2026 17:41 1978


Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqına” qanuna əsasən həyata keçirilir: “Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Toyuqlu pizza

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!