Pensiyaya çıxacaq şəxslərə   SEVİNDİRİCİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaya çıxacaq şəxslərə SEVİNDİRİCİ XƏBƏR

Sosial

10 Yanvar 2024 19:29 14684


Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirilən 2023-cü il üzrə hesabat tədbirində Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı işlərin yekunlaşdığını bildirib.

O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.

Maraqlıdır, özəl pensiya fondu nə deməkdir? Bu fond hansı istiqamətlərdə işləyəcək? pizza hut

Məsələ ilə bağlı Lent.az-ın sualını Milli Məclisin deputatı Vüqar Bayramov cavablandırıb.

Onun sözlərinə görə, özəl pensiya fondunun yaradılması uzun müddətdir müzakirə edilir:

“Özəl pensiya fondunun yaradılması üzrə uzun müddətdir müzakirələr gedir. Nəzərə alsaq ki, bu istiqamətdə qanunverici bazanın formalaşdırılması, fondların yaradılması ilə bağlı işlər görülürdü.

Fondun yaradılmasında əsas məqsəd vətəndaşa həm dövlət, həm də özəl fondlar vasitəsi ilə ödəniş etmək imkanı verilməsidir. Nəticə etibarı ilə bu imkan verə bilər ki, vətəndaş dövlət tərəfindən verilən pensiyası ilə yanaşı özəl fonddan veriləcək yığımlara malik olsun. Bu da vətəndaşlarımızın iki mənbədən pensiya almağına gətirib çıxaracaq.

Fondların yaradılması birmənalı şəkildə vətəndaşlar üçün alternativ yığım imkanı deməkdir. Eyni zamanda, fondlar fəaliyyətə başladıqdan sonra pensiyaçıların pensiya məbləğinin artımları ilə müşahidə olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüsal
    Mənim 45 yaşım var yoldaşımın 38 iki uşağım .Hec birimiz dövlətin sosial təminatından razı deyilik.17 ildir Cəlilabad rayonu Həziabad kəndinin pay torpaqlarının cıxarışı olmadığından ailələr və bizdə ünvanlı sosial yardımdan yararlana bilmirik!
    2 years ago
  • Amil
    Salam pensiys
    2 years ago
  • Amil
    Salam
    2 years ago