“Pepsi“ və “Cola“ya qarşı araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

“Pepsi“ və “Cola“ya qarşı araşdırma başladı

Dünya

10 Yanvar 2023 11:26 816


ABŞ Federal Ticarət Komissiyası sərinləşdirici içkilər bazarında ayrı-seçkilikçi qiymət siyasətində şübhəli bilinən “Coca-Cola” və “PepsiCo” şirkətlərinə qarşı ilkin araşdırmaya başlayıb.

Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, şirkətlərin qiymət strategiyası “Robinson-Putman Qanunu” adlı qanuna əsasən araşdırılacaq.

Bu qanun təchizatçıların kiçik rəqiblərinin zərərinə böyük pərakəndə satıcılara daha yaxşı qiymət təklif etməyi qadağan edir. Pepperoni pizza

Qeyd edək ki, böyük ölçüdə unudulmuş 1936-cı il qanunu kiçik şirkətlər və böyük pərakəndə satış şəbəkələri üçün bərabər şərait yaratmağı hədəfləyib.

Son bir ayda ABŞ Federal Ticarət Komissiyası sərinləşdirici içkilərin alınması və qiymətləri barədə məlumat əldə etmək üçün “Walmart” da daxil olmaqla, böyük pərakəndə satış şəbəkələri ilə əlaqə saxlayıb.  

Bu araşdırma ABŞ prezidenti Co Baydenin administrasiyasının antiinhisar siyasətinə və “böyük şirkətlərin cilovlanmasına” böyük diqqət yetirdiyini göstərir.

Xatırladaq ki, “Robinson-Putman Qanunu” 1988-ci ildən bəri federal komissiya tərəfindən tətbiq edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!