2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində 50,8 milyard manatlıq məhsul satılıb. Satışların 27,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında 1,4 faiz, qeyri-ərzaq mallarında isə 6,7 faiz artım qeydə alınıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. pizza sifarişi
Xərclərin 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6 faizi avtomobil yanacağına, 5,1 faizi elektrik malları və mebelə, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına yönəlib. Digər qeyri-ərzaq mallarının payı isə 17,1 faiz təşkil edib.
Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin hər nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 549,2 manatlıq məhsul alıb. Bunun 297,2 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 252 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Aytac Əliyeva
Telegram kanalımız