Peskov Qriqoryanı biabır etdi: “Təxribatçıdır“

saytların hazırlanması

Evə çatdırılma

Peskov Qriqoryanı biabır etdi: “Təxribatçıdır“

Rəsmi

27 Dekabr 2022 16:23 1214


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Kremlin sözçüsü bildirib: “Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”.

Xatırladaq: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkənin strateji müttəfiqi Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarusun İttifaq Dövlətinə qoşulmağa məcbur edir.  Sezar pizza

Bundan əlavə, o, İctimai Televiziyanın efirində qeyd edib ki, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması da Rusiyanın Ermənistana təzyiq növlərindən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!