“Gürcüstandakı etirazlar Moskvanı narahat etməyə bilməz”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Gürcüstanla münasibətlər o qədər də yaxşı olmasa da, orada yaranmış vəziyyət bizi narahat etməyə bilməz. Təbii ki, bizim üçün sərhədimizdə sakitliyin olması vacibdir. Ümid edirik ki, vəziyyət düzələcək”. Dominos pizza
Xatırladaq ki, Gürcüstanın paytaxtı Tbilisidə iki gündür etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları birinci oxunuşda qəbul edilmiş “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz ediblər.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası etirazlar fonunda qalmaqallı qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.
Telegram kanalımız