“Ümid edirik ki, Türkiyənin bu mövzudakı narahatlığını aradan qaldıra bilərik”.
Yenisabah.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib.
O, PKK-nın həm İsveçdə, həm də Finlandiyada qadağan edildiyini bildirib. Toyuqlu pizza
Haavisto NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında işçi qrupunun yaradıldığını xatırladıb.
3 ölkə arasında 2 görüşün keçirildiyini xatırladan Haavisto üçüncünün bu ilin əvvəlində keçiriləcəyini qeyd edib:
“Dostum Mövlud Çavuşoğlu ilə görüşürük. Onunla Ukrayna və Əfqanıstandakı son hadisələri danışırıq, NATO-ya qəbul məsələsini də müzakirə edirik. Demək olar ki, birbaşa və yaxşı ünsiyyətimiz var. Onun hazırda ABŞ-da olduğunu bilirəm. ABŞ və Türkiyə arasındakı razılaşma necə olursa-olsun, qəbul prosesimizə töhfə verə bilər”.
Telegram kanalımız