Polis bu şəxsləri saxladı - Gizli cinayətlər üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Polis bu şəxsləri saxladı - Gizli cinayətlər üzə çıxdı

Kriminal

12 Sentyabr 2026 10:10 99


Ölkə ərazisində 45 cinayət açılıb, 114 axtarışda olan şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Dominos pizza

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 114 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85-i borclu şəxs qismində axtarışda olub.

Ötən gün narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!